Şimali Koreya başçısı Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində real döyüş sursatından istifadə edilən təlimi "intihar isteriyası" adlandıraraq rəsmi Seula reaksiya verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kim Yo-jonq xəbərdarlıq edib ki, "Təxribatlar davam edərsə, rəsmi Pxenyan hərbi addımlar atacaq".
Son zamanlar sərhəd bölgələrində həqiqi sursatla hərbi təlimlər keçirən Cənubi Koreyanı "gərginliyi qəsdən artırmaqda" günahlandıran Kim deyib: "Əsl sual düşmənin niyə sərhədə yaxın bir bölgədə belə döyüş təlimlərinə başladığıdır. Bu, intihar isteriyasıdır və ona görə də dəhşətli bir fəlakətə dözmək məcburiyyətində qalacaqlar.
Cənubi Koreya hökuməti gərginliyi artıraraq "daxili siyasət böhranı"ndan qaçmaq istəyir. Bizim suverenliyimizi pozduqlarını və müharibə elanına bərabər addımlar atdıqlarını nəzərə alsaq, silahlı qüvvələrimiz konstitusiyamızın onlara verdiyi səlahiyyətləri dərhal yerinə yetirəcəklər".
Digər tərəfdən, Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən bölgədə real sursatdan istifadə edilən təlimlərin proqram çərçivəsində davam etdiriləcəyini açıqlayıb.
Cənubi Koreya hökumətin hərbi gərginliyi azaltmaq məqsədi daşıyan 2018-ci ildə imzalanmış Koreyalararası Müqaviləni dayandırmasından sonra 2024-cü il iyulun 2-də Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda ilk dəfə real döyüş sursatı ilə təlim keçirib.
Xatırladaq ki, iyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Donanmasının dəniz piyadaları 7 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə hərbi manevrlər edib.
Neft emalı zavodlarına və tankerlərə edilən hücumlar Rusiyanın neft sənayesinə getdikcə artan təzyiq göstərir…
İndi o, Şimali Koreyada sığınacaq axtarır...
Rusiyanın mayeləşdirilmiş təbii qazına qarşı sanksiyaların növbəti həddi Çin olacaq...
Tramp ötən il verdiyi açıqlamalarda Şumeri “fələstinli” adlandırmışdı...
Dünya Bankı: Ukraynada yoxsulluq səviyyəsi 2025-ci ildə 41,6 faizə yüksəlib...
Putin: Qərb dəniz piratçılığına “güzgü cavabı” veriləcək...
Rusiya lideri təkcə qısa boyu ilə deyil, həm də adi görünüşü ilə diqqət çəkirdi... Putin heç vaxt həmsöhbətləri ilə göz təması qurmur..?