İşdən çıxarılma səbəbi açıqlanmır
Rusiya prezidenti Təhlükəsizlik Şurası katibi Sergey Şoyqunun köməkçilərini tutduqları vəzifədən azad edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, işdən çıxarılma barədə qərarlar hüquqi aktların rəsmi dərci portalında yerləşdirilib.
Vladimir Putinin imzaladığı sənəddə qeyd edildiyi kimi, Nail Muxitov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilir.
Qeyd edək ki, analoji fərman Yevgeni Anoşinlə bağlı da verilib.
Məmurların işdən çıxarılmasının səbəbi barədə məlumat verilmir.
Boş qalan vəzifələrə kimin təyin olunacağı da məlum deyil.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...