Qlobal temperatur 13 ay ardıcıl olaraq rekord həddə çatıb, iqlim sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə isti olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin iqlim araşdırmaları agentliyi olan Kopernikə görə, bir ildən artıqdır davam edən Yer kürəsində rekord qıran isti aylar silsiləsi iyun ayında da davam edib.Kopernikdən olan iqlim üzrə ekspert Nikolas Julien qlobal temperaturun sürətlə artdığını bildirib. Qurum, qlobal temperaturun iyun ayında ardıcıl 13-cü ay rekord səviyyəyə çatdığını və dünyanın sənayedən əvvəlki dövrlərlə müqayisədə ardıcıl 12-ci ayda 1,5 dərəcə isti olduğunu açıqlayıb. 2024-cü ilin ən isti il ola biləcəyi bildirilib. 2024-cü ilin iyun ayında Yerin orta temperaturu 16,66 dərəcə olub. Bu, iyunun 30 illik orta göstəricisindən 1,2 dərəcə yüksəkdir.
Müəllif: Səbinə Hüseynli
O, geri çəkilməli oldu...
Kiyev təxminən min drondan istifadə etdi...
Putin və Peskov Kremlə ulaq üzərində işləməyə gedirlər, benzin yoxdur axı...
Silahlı Qüvvələrin blokadası davam edir...
Putin üçün bu, siyasi bir fəlakətdir...
Ruslar üçün xatırlayacaqları bir yay başladı...
Rus piyada əsgərinin orta ömrü 2-3 aydır...
Beynəlxalq səhnədəki vəziyyət Kiyevin xeyrinə işləyir...
Rus qadının Vladimir Vladimiroviçə sərt mesajı