PDF Oxu

Dünya

  • 2 685

“Beril” qasırğası ABŞ-də 8 nəfərin həyatına son qoyub

image

ABŞ-də hökm sürən “Beril” qasırğası nəticəsində 8 nəfər həyatını itirib. SİA xəbər verir ki, ölənlərdən 7-si Texas, biri isə Luiziana ştatının sakinlərdir. Qasırğaya görə 2,3 milyon insan hələ də elektrik enerjisiz qalıb.“Beril” qasırğası yerli vaxtla iyunun 7-si səhər saatlarında ABŞ-nin quru ərazisinə daxil olub və ölkənin 1500 km daxilində təhlükəli hava şəraiti formalaşdırıb. Hava kütlələri şimali-şərq bölgələrinə doğru irəliləyir və tufan riski yaradır.Qeyd edək ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson Qasırğa Şkalasına əsasən 4-cü kateqoriyaya kimi yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya kimi azalıb. Bu, qasırğa üçün ən aşağı kateqoriya sayılsa da, tropikal fırtınadan güclü hesab olunur. “Beril” regionda ən erkən başlayan qasırğa kimi qeydə alınıb.

Digər xəbərlər

Moskva əhəmiyyətli ərazi qazanclarına nail ola bilmədi

Britaniya kəşfiyyatı Rusiyanın müharibədəki itkilərini 1,5 milyon nəfər olaraq qiymətləndirib...

O, güclə yeriyə bilir: Kadırovun vəziyyəti kəskin şəkildə pisləşib...

Çeçenistan lideri Moskvada görünməyi tamamilə dayandırıb...

Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...

Şəhərdə doqquz metro stansiyası bomba sığınacağı kimi uyğunlaşdırılır...

Çin niyə Misirə pul qoyur?

Pekin üçün Misir regional böhranlar və beynəlxalq sistemin transformasiyası fonunda Yaxın Şərqdə və Afrikada Çinin iştirakını genişləndirmək strategiyasının vacib elementinə çevrilir...

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...