PDF Oxu

Dünya

  • 2 475

Ukrayna Odessa vilayətinin limanları vasitəsilə dəniz ixracatını artırıb

image

Ukrayna son aylarda Odessa vilayətinin limanları vasitəsilə dəniz nəqliyyatı üzrə ixracatı fəal şəkildə artırıb. SİA xəbər verir ki, bu barədə Milli telemarafonun efirində deputat Aleksey Leonov bildirib.“2024-cü ilin birinci yarısında Odessa bölgəsinin 6 limanı 52,7 milyon ton yük emal edib. 2023-cü ilin eyni dövründə isə 31,3 milyon ton yük emal olunub”, - o deyib.Deputat qeyd edib ki, ixracın 63,5 faizdən çoxu kənd təsərrüfatı məhsullarının, 36 faizi isə dağ-metallurgiya kompleksi də daxil olmaqla, digər sahələrin məhsullarının payına düşür.Odessa limanlarının məhsul ixracatındakı payı Ukraynanın iqtisadi sabitliyinin qorunması üçün zəruridir. Qara Dəniz, Cənub və Odessa limanları vasitəsilə kənd təsərrüfatı məhsullarının 75 faizi ixrac edilir və bütün ixrac məhsullarının cəmi 80 faizi Ukrayna istehsalçılarına məxsusdur.Ötən ilin yekunlarına əsasən, 772 milyon dollar dəyərində taxıl məhsulları ixrac edilib.

Digər xəbərlər

Yer kürəsində bütün gizli bir dünya kəşf edildi...

O, Antarktidanın altındakı okeanda gizlənir...

İranın BƏƏ-yə hücum etməsinin səbəblərindən biri və bəlkə də...

BƏƏ-nin ABŞ-dakı səfiri İranın məhv edilməsinə çağırıb...

“Artemida II”: NASA-nın Aya uçuşuna geri sayım başlayır...

Bu, 50 ildən çox müddətdə Aya ilk astronavt missiyasıdır...

“Ukrayna Yaxın Şərq müharibəsinin gözlənilməz qalibi kimi ortaya çıxdı”...

Region ölkələri Kiyevin texnologiyasına investisiya qoymağa hazırdırlar...

Trampın səhvi: Üç söz Yaxın Şərqdə güc balansını necə dəyişdirdi..?

Tramp bu qəzəbi ilə İrana təsir edə biləcək yeganə ABŞ müttəfiqini rədd etdi..?

İranla müharibə: Çoxsaylı məğlublar və az qaliblər...

Gözlənilməz qaliblər arasında bazar dəyişkənliyindən faydalanan neft treyderləri də var...