Polşada mədəndə çökmə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 1 şaxtaçı ölüb, 17 şaxtaçı yaralanıb.Çökmə yerin 1200 metr altında baş verib, növbə dəyişmək üçün enənlər də daxil olmaqla 78 şaxtaçı mədəndə sıxılmış vəziyyətdə qalıb. Mədənin yerləşdiyi əraziyə çoxlu sayda xilasetmə və sağlamlıq qrupu sövq edilib, xilasetmə qrupları saatlarla davam edən iş nəticəsində çökmə baş verən ərazidən 76 mədənçini sağ çıxara bilib. Çökmə nəticəsində 1 mədənçi həyatını itirib, 17 mədənçi yaralanıb.
Müəllif: Səbinə Hüseynli
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...