Bu, ölkənin ümumi daxili məhsulundan 1,5 dəfə çoxdur.
...Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibə iştirakçılarına və ya onların qohumlarına ildə 2,75-3 trilyon rubl ödəyib.SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, ölkənin ümumi daxili məhsulundan 1,5 dəfə çoxdur. “Re:Russia” layihəsinin araşdırma qrupu Ukraynadakı rus qoşunlarının sayını 500-600 min nəfər hesab edir və ölənləri eləcə də yaralananları da nəzərə alsaq, hesablamalara görə, Rusiya tərəfində artıq bir milyona yaxın insan müharibədən keçib.Bu rəqəmləri nəzərə alan tədqiqatçılar belə qənaətə gəliblər ki, hərbi qulluqçuların maaşlarına və birdəfəlik ödənişlərə 1,55 trilyondan 1,8 trilyon rubla qədər vəsait xərclənib.Bundan əlavə, hakimiyyət ölən və yaralananlara təzminat ödəyir. “Re:Rusiya” hesab edir ki, müharibə boyu ölən və yaralananlar dövlətə 2,6 trilyon rubla, son bir ildə isə təxminən 1,2 trilyon rubla başa gələ bilər.Nəticədə, 2023-cü ilin iyulundan 2024-cü ilin iyuluna qədər ümumi xərc 2,75-dən 3 trilyon rubla qədər təşkil edib. Tədqiqatçıların vurğuladığı kimi, bu, bu il üçün bütün federal büdcə xərclərinin 7,5-8,2 faizini (cəmi 36,7 trilyon rubl) və ya 2023-cü ildə rusların bütün istehlak xərclərinin 3,4-3,7 faizini təşkil edir.
Əli Babayev
Hərbi analitik cəbhədə dönüş nöqtəsi olacağını proqnozlaşdırdı...
Simonyana heç olmasa bir qutu benzin göndərin.!.
Kreml hər şeyi inkar edir...
Meqan Mobbs-un fikrincə, ABŞ Rusiya əleyhinə sanksiyaları da gücləndirməlidir
“Böyük geosiyasətçi”nin son 25 il ərzində Rusiyada qurduqlarının gələcəyi yoxdur...
O, Ukraynanın sağ qalacağına əmindir...
Ukrayna xarici kəşfiyyatı detalları açıqlayıb...
Ukrayna mediası tərəfindən sızdırılan ABŞ-ın yeni sülh planı tamassmilə mümkün deyil...