Macarıstanın Debretsen şəhərində keçirilən tələbələrin Avropa Universitet Oyunlarında badminton üzrə komanda yarışlarına yekun vurulub. SİA xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyasının tələbələri son matçda Macarıstanın Mişkolts Universitetinin idmançıları ilə qarşılaşıblar.
Azərbaycan komandası qarışıq qoşa kateqoriyası, kişi və qadın badmintonçuların şəxsi yarışlarının hər iki setində rəqibə qalib gəlib.
Yekun nəticələrə əsasən, Azərbaycan təmsilçiləri yer aldığı qrupu sonuncu - dördüncü pillədə başa vurublar.
Komanda buna qədər keçirdiyi oyunlarda Fransa, Litva, Macarıstan kollektivlərinə uduzub.
İyulun 22-də badmintonçuların şəxsi yarışlarına start veriləcək. Yarışlar ayın 24-nə qədər davam edəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...