ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin Mixail Koqelniçanu 57-ci aviabazasında (Ukrayna ilə sərhəddə - red.) iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsi yerləşdirib.SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın Avropada Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir.Yeni yerdə onlar ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında təhlükəsizliyin yaxşılaşdırılması üçün NATO və digər beynəlxalq tərəfdaşlarla inteqrasiya edəcək, ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci ekspedisiya bombardmançı eskadrilyasının tərkibində fəaliyyət göstərəcək.Mixail Koqelniçanu aviabazasına gələndən sonra B-52 təyyarələri Rumıniya və Finlandiyadan olan qırıcı təyyarələrinin müşayiəti ilə birgə uçuş həyata keçirib.Bu, Amerika strateji bombardmançılarının Rumıniyada fəaliyyət göstərdiyi ilk haldır.“Qlobal qeyri-sabitlik şəraitində böyük məsafələrdə davamlı imkanları dəstəkləmək çox vacibdir. Bu əməliyyat qoşunlarımızın taktikasını və qarşılıqlı fəaliyyətini təkmilləşdirməyə imkan verir. Biz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün Şərq cinahda müttəfiqlərimizlə işləyəcəyik”, - deyə USAFE-AFAFRICA komandanı general Ceyms Heker qeyd edib.
Meta İslamofobiyanı qazanc mənbəyinə çevirir...
Ukrayna dronları qlobal bazara daxil olur...
O, Stounhencdən daha qədimdir...
Amma o kiminlə döyüşmək niyyətində olduğunu deməyib…
Malidəki uğursuzluq Kreml üçün yeni xoşagəlməz hadisəyə çevrildi...
Bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükəsizlik məsələsidir...
Əfsanəvi B-52 köklü təkmilləşdirmədən keçir...
10 aprel 2026-cı ildə imzalanan yeni qaydalar artıq qüvvəyə minib...
Ukrayna tədricən təşəbbüsü ələ keçirir…
Ukrayna Silahlı Qüvvələri üçün mühüm bir uğur əlaməti var…