Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir
Qazaxıstan və Özbəkistan hər iki ölkənin hava məkanından keçən yeni T916 hava dəhlizini açıb. Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir.
SİA-nın əldə etdiyi məlumata görə, marşrut açıldığı gündən Avropadan Cənub-Şərqi Asiyaya 19 uçuş həyata keçirib, lakin istifadəçilərin yeni marşruta öyrəşməsi bir qədər vaxt tələb etdiyindən, çox güman ki, yay mövsümünün sonuna yaxın istifadənin çox olacağı gözlənilir.
Yeni marşrut artıq "Lufthansa Cargo" və "Aerologic Cargo Airlines" (Almaniya), "Cargolux" (Lüksemburq), "Cargolux Italy" (İtaliya), "Nomad aviation" (İsveçrə), "Western Global Airlines" (ABŞ) kimi aviaşirkətlər tərəfindən istifadə olunub.
Hava dəhlizinin ümumi uzunluğu 2187 kilometrdir. Bunlardan 437 kilometri Özbəkistanın hava məkanında, qalan 1750 kilometri isə Qazaxıstan ərazisi üzərindədir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...