Dünya

  • 970

Nepalda təyyarənin partlaması videoya düşüb

image

...Nepalda qəzaya uğrayan Saurya Hava Yollarına məxsus təyyarənin partlaması videoya çəkilib. Müvafiq video çərşənbə günü, iyulun 24-də Daily Mail tərəfindən dərc edilib.

Kadrlarda göyərtəsində sərnişinləri olan təyyarənin havaya qalxandan dərhal sonra yüksək sürətlə yerə necə düşməsi və partlaması əks olunub. Nəşrin məlumatına görə, qəza yeri dərhal alov və qara tüstü dumanlarına bürünür.

SİA xatırladır ki, iyulun 24-də Saurya Hava Yollarına məxsus təyyarə Nepalın paytaxtı Katmandu hava limanında qəzaya uğrayıb. Poxaraya uçan gəminin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub.

Onu da xatırladaq ki, təyyarə yerli vaxtla saat 11-də qəzaya uğrayıb.

Əli Babayev

Digər xəbərlər