İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına əsasən, 2050-ci ildə ölkə əhalisinin sayı hazırki rəqəmdən 4 milyon nəfər az olacaq. SİA xəbər verir ki, 2023-cü ildə təxminən 59 milyon nəfər olan əhalinin sayının 2030-cu ildə 58,6 milyona, 2050-ci ildə 54,8 milyona, 2080-ci ildə isə 46,1 milyona nəfərə enəcəyi gözlənilir.Əmək qabiliyyətli yaşda olanların (15-64 yaş) əmək qabiliyyətli olmayan şəxslərə (1-14 və 65 yaş və yuxarı) nisbəti 2023-cü ildəki üçdəikilik göstərici ilə müqayisədə 2050-ci ildə təxminən birə yüksələcək. 2050-ci ildə orta yaş həddi 50 yaş civarında olacaq.İyirmi ildən sonra İtaliyada bir milyona yaxın ailə olacağı və hər 4 ailədən birinin uşağı olacağı gözlənilir. Buna səbəb kimi ömür uzunluğunun artması və nikahlardakı qeyri-sabitlik göstərilir. Uşaqlı cütlüklərin sayının azalmasının davamlı olacağı proqnozlaşdırılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...