Dünya

  • 1 252

Parisdəki Oyunlar zamanı təxribatlar hazırlayan rus aşpaz işləyib

image

Olimpiada zamanı "sabitliyi pozmaqda" şübhəli bilinən və iyulun 21-də saxlanılan rusiyalı 2010-cu ildən Fransada yaşayıb və aşpaz işləyirmiş. O, kəşfiyyat məlumatlarını xarici dövlətə ötürməkdə ittiham olunur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Le Monde" yazır.

Fransa mətbuatı məhbusun adını açıqlamır. İnsider öz araşdırmasında bildirir ki, rusiyalının adı Kirill Qryaznovdur.

"Le Monde"un məlumatına görə, 40 yaşlı rusiyalı Fransaya köçməzdən əvvəl maliyyə təşkilatlarında çalışıb. Köçdükdən sonra o, kulinariya fəaliyyəti ilə məşğul olmağa başlayıb, Kurşivel restoranlarından birində təcrübə keçib və son zamanlar kulinariya bloqu işlədib.

Əli Babayev

Digər xəbərlər