Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Elin Pelin kəndi ərazsində pirotexniki vasitələr istehsal edən fabrikinin anbarında yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.Belə ki, yanğın saat 18:30 (Bakı vaxtı ilə 19:30) radələrində başlayıb və hazırda ərazidə partlayışlar davam edir.Vurğulanıb ki, azı iki nəfər ciddi yanıq xəsarətləri alıb və Sofiyanın tibb müəssisələrinə yerləşdiriliblər. Digər tərəfdən hadisə baş verən ərazidən əhalinin təxliyəsi elan edilib.Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Dimitar Kanqaldjiev bildirib ki, ilkin məlumatlara görə, yanğının baş verdiyi anbarda təxminən iki tona yaxın trotil ekvivalentində pirotexniki məhsullar var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...