Tacikistan məktəbləri müəllim çatışmazlığı problemi ilə üzləşib. SİA xəbər verir ki, bunu təhsil və elm naziri Rahim Saidzoda jurnalistlərə bildirib. Onun sözlərinə görə, respublika məktəblərində 2670 müəllim çatışmır. Bu, 2023-cü dərs ilinin göstəricisidir və rəqəmlər yeni tədris ilində dəyişə bilər.
Hazırda Tacikistan məktəblərində 120 mindən çox müəllim çalışır ki, onların da 70 faizi qadınlardır.
Nazir deyib ki, hökumətlə razılaşdırılaraq pedaqoji universitetlərin yuxarı kurs tələbələrindən 2170 nəfəri məktəblərə göndərilib və onların hamısı müvəqqəti işə başlayıb.
Müəllimlərin məktəbləri tərk etmələrinin əsas səbəbi maaşların aşağı olmasıdır. Tacikistanda müəllim orta hesabla 1500 somoni (140 dollar) maaş alır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...