PDF Oxu

Dünya

  • 4 581

İsrail hərbçiləri Qəzza zolağının Deyr əl-Bələhəsini vurub

İsrail hərbçiləri Qəzza zolağının Deyr əl-Bələhəsini vurub

İsrailin Qəzza zolağının mərkəzindəki məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 30 fələstinli ölüb, daha 100 nəfər yaralanıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasının nəzarətində olan yerli Səhiyyə Nazirliyi məlumat verib.

HƏMAS-a bağlı strukturlar binanın səhra xəstəxanası kimi istifadə edildiyini iddia edirlər. DPA xəbər verir ki, məlumatı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

İsrail hərbçiləri Deyr əl-Bələhdəki Xədicə məktəbini vurub, HƏMAS-ın oradakı komanda məntəqəsini məhv ediblər. Hərbçilər vurğulayırlar ki, islamçılar bu binadan İsrail əsgərlərinə hücumları koordinasiya etmək və silahları gizlətmək üçün istifadə ediblər. Bu məlumatı da müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Əli Babayev

Digər xəbərlər