PDF Oxu

Dünya

  • 2 439

Rusiyada sərnişin qatarı qəzası: indiyə qədər məlum olanlar...

image

Kazandan Adlerə gedən sərnişin qatarının 9 vaqonu Volqoqrad yaxınlığında relsdən çıxıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da saat 12:35 radələrində Qremyaçaya - Kotelnikovo hissəsinin 185-ci kilometrliyində baş verib.

Həmin hissədə qatarların hərəkəti dayandırılıb. Fövqəladə hadisəyə səbəb dəmir yolu keçidində qatarla "KAMAZ" markalı yük maşınının toqquşması olub.

Təcili yardım xidmətləri hadisə yerindədir. Son məlumatlara görə, hadisə nəticəsində 140 nəfər xəsarət alıb. Hazırda biri uşaq olmaqla 16 qatar sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə yerində 22 təcili tibbi yardım briqadası işləyir, zərərçəkənlərə hər cür köməklik göstərilir. Təcili tibbi yardım helikopteri hazır vəziyyətə gətirilib.

İlkin məlumata görə, KAMAZ sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yaxınlıqdakı qatarın qarşısından düzgün işləyən siqnalizasiya ilə keçidə çıxıb. Lokomotiv heyəti təlimata uyğun hərəkət edib, maşinist təcili əyləci tətbiq edib, lakin məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb. Qatarın sürəti saatda 65 kilometr olub.

Qəza yerindəki dəmir yolu aydın görünür; İlkin yoxlama 1980-ci il təvəllüdlü yük maşını sürücüsünün ayıq olduğunu göstərib.

Onun qanı və sidiyi narkotik analizi üçün götürülüb.

İfadə verəndə kişi yaxşı düşünməyib, çaşqın halda danışıb. Onun sözlərinə görə, özü də dəmiryol relslərinə necə düşdüyünü başa düşməyib. Bir versiyaya görə, onun keçməzdən əvvəl əyləc etməyə vaxtı olmayıb, digər versiyaya görə, əyləclər yaxşı işləməyib.

...Sərnişin qatarının relsdən çıxması ilə bağlı İstintaq Komitəsi Cinayət Məcəlləsinin maddəsi ilə cinayət işi açıb.

Əli Babayev

Digər xəbərlər