ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentlik postuna Demokratlar Partiyasının bütün tələblərinə cavab verən yeganə namizədidir. SİA-nın məlumatına görə, bu barədə Demokratların Milli Komitəsinin yaydığı açıqlamada deyilir. Bunun üçün minimum 300 nümayəndənin dəstəyini almaq lazım idi. Bildirilir ki, partiya üzvlərinin 99 faizi Kamala Harrisin namizədliyini dəstəkləyib.Namizədliyin təsdiqlənməsi ilə bağlı səsvermə avqustun 5-dək onlayn şəkildə keçiriləcək. Onun namizəd kimi rəsmi təsdiqi isə avqustun 19-dan 22-dək keçiriləcək Demokratların Milli Qurultayında baş tutacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...