İngiltərənin Sautport şəhərində uşaqların bıçaqlanmasından sonra bir digər etiraz aksiyası Britaniya Baş nazirinin iqamətgahı qarşısında, “10 Downing Street”də baş verib. SİA xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma olub. Yüzlərlə etirazçı iqamətgahın qapılarına məşəllər atdıqdan sonra “uşaqlarımızı xilas et”, “qayıqları dayandırın” şüarları səsləndiriblər. 10-dan çox etirazçı polis tərəfindən saxlanılıb.Qeyd edək ki, iyulun 29-da Böyük Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində baş vermiş bıçaqlı hücum nəticəsində üç uşaq qətlə yetirilib, 9 uşaq yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetməni saxlayıb. İyulun 30-da Sautport şəhərində etirazçılar aksiya keçirib və nəticədə polislə qarşıdurma yaranıb.Bu gün bəzi sosial media şəbəkələrində 17 yaşlı yeniyetmənin Britaniyada qeyri-qanuni yaşayan immiqrant olduğu xəbərləri yayılıb. Bundan sonra isə sağçı quruplar Baş nazirin ofisi önündə aksiya keçirmək qərarına gəliblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...