Hindistanın şimalında leysan yağışları nəticəsində 30-dan çox adam ölüb. SİA xəbər verir ki, bu barədə “Hindistan Times” qəzeti məlumat yayıb.Təbii fəlakətin qurbanları Himaçal-Pradeş, Uttarxand, Uttar-Pradeş, Haryana ştatlarının, eləcə də paytaxt Dehli bölgəsinin sakinləri olub. Leysan yağışları yaşayış məntəqələrinə xeyli ziyan vurub, evlər dağılıb, yollar su altında qalıb. Onlarla insan itkin düşüb.Hindistan Meteorologiya İdarəsi ölkənin şimalında yağışların avqustun 7-dək davam edəcəyini proqnozlaşdırır. Bəzi ştatlarda kəskin hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...