Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib
Türkiyə İsrailin xarici işlər naziri Yisrael Katzın paylaşımına reaksiya verdi. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib.
Öncü Keçəli paylaşımında bu ifadələrə yer verib: ''Müzakirəçiləri öldürməklə və diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz".
Qeyd edək ki, Yisrail Katz rəsmi internet səhifəsində Türkiyənin İranda süi-qəsd nəticəsində öldürülən ''Həmas''ın başçısı İsmayıl Haniyə ilə əlaqədar matəm elan etməsindən sonra Türkiyənin Tel-Əvivdəki səfirliyindəki türk bayrağının yarıyadək endirilməsi ilə bağlı diplomatları hədəf alan paylaşımlar etmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...