Dünya

  • 1 172

Mixeil Saakaşvilinin təkrar həbsinə qərar verilib

image

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, avqustun 2-də keçirilən məhkəmə prosesində prokuror təqdimatla çıxış edib və hazırda xəstəxanada məhkumluq həyatı yaşayan M.Saakaşvilinin yenidən həbsini tələb edib.

Məhkəmədə işə yenidən baxılacağı elan edilib və bildirilib ki, müttəhim şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərməməsi üçün həbs olunmalıdır.

Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili 2021-ci il sentyabrın 29-da Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə gəlib və həmin il oktyabrın 1-də həbs olunub. O, bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanada keçirib.

Digər xəbərlər

ABŞ Moskva birjasının tam bloklanmasını iki ay təxirə salıb...

Bu, Milli Hesablaşmalar Depozitarı və Klirinq Mərkəzi ilə aparılan əməliyyatlara da aiddir

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcək

Bu barədə Birləşmiş Ştatların prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığında müzakirə aparılıb

Türkiyə Yisrael Katzın paylaşımına reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib