Dünya

  • 1 232

İranda onlarla təhlükəsizlik işçisi saxlanılıb

image

İranda "HƏMAS" Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində iyirmidən çox adam saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.

Qəzet qeyd edir ki, təhqiqatın miqyası təhlükəsizlik sisteminin şokedici uğursuzluğunu göstərir.

Xatırladaq ki, "HƏMAS" Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə Tehranda raket hücumu nəticəsində öldürülüb.

Fələstin hərəkatı bu hücumu xain adlandırıb və günahı "sionistlərin" üzərinə atıb. Lakin İsrail ordusunun nümayəndələri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina ediblər.

Əli Babayev

Digər xəbərlər

ABŞ Moskva birjasının tam bloklanmasını iki ay təxirə salıb...

Bu, Milli Hesablaşmalar Depozitarı və Klirinq Mərkəzi ilə aparılan əməliyyatlara da aiddir

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcək

Bu barədə Birləşmiş Ştatların prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığında müzakirə aparılıb

Türkiyə Yisrael Katzın paylaşımına reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib