PDF Oxu

Dünya

  • 2 602

Tarixin ən qorxulu adamyeyənləri -DƏHŞƏT

Tarixin ən qorxulu adamyeyənləri -DƏHŞƏT

Tarixin bütün dövrlərində insan ətinə maraq göstərənlər, insanları bu məqsədlə oğurlayıb qətl edənlər olub. Bu siyahıda dünya tarixinin ən dəhşətli adamyeyənləri əks olunub.

  • Amerikalı qızıl axtaran Packer adamyemə cinayəti ilə bağlı mühakimə olunub. Fevral 1874-cü ildə Colorado dağlarına 5 adamla birlikdə qızıl axtarışına gedib. İki il sonra isə tək qayıdıb. Onunla birgə olanları soruşanda isə Alfred Packer hamısını özünü müdafiə nəticəsində öldürdüyünü və sağ qalmaq üçün yediyini söyləyib. O, 40 il həbsə məhkum olundu. Bu cəza ABŞ tarixinin o dövrdə ən uzun həbs cəzası idi.
  • Adamyeyənliyi ilə insanları dəhşətə salan Fish həm də amansız bir qatil idi. Amerikada 10 yaşında bir qız uşağını qaçırıb öldürən qatil uzun müddət gizləndi. Bu cinayətdən 6 il sonra həmin uşağın ailəsinə məktub yazaraq cinayətin detallarını izah etdi. Məktubu araşdıran polislər Fishi tapıb 1936-cı ildə edam etdi.
  • Parisdə İngilis Dili və Ədəbiyyatı təhsili alan İssei Saqava 1981-ci ildə vaxtilə çalışdığı bir redaktoru öldürüb iki gün boyunca yeyib. Fransız polisi tərəfindən həbs olunsa da, dəlil yetməzliyi səbəbi ilə sərbəst qaldı, amma Fransadan qovuldu. O, bir müddət ruhi xəstəxanada qaldı, amma indi azadlıqdadır və yenə insan yeməsi barədə şayiələr gəzir.
  • Adamyemə xəstəliyi bəzən bütövlüklə bir ailəyə də xas ola bilir. Çexdə, Mauerova ailəsində iki oğlan uşağı ailənin digər üzvləri tərəfindən öldürüldü və yeyildi. Ailənin 6 üzvü məhkum olundu.
  • Almaniyanın Roteburq şəhərində yaşayan Meives ruhi xəstə kimi tanınırdı. 2001-ci ildə “qətl ediləcək və əti yeyiləcək 18-30 yaş arası xarici görünüşü yaxşı olan insanlar axtarıram”, - deyə internetə elan verdi. Maraqlıdır ki, elana çox sayda cavab aldı. Meives daha sonra törətdiyi bir cinayəti də lentə almışdı və bu sayədə ömürlük həbs olundu.

Digər xəbərlər