PDF Oxu

Dünya

  • 3 061

Ukraynaya 50 milyard avro dəyərində iqtisadi yardım proqramı...

Kiyev vəsait almaq üçün lazımi şərtləri yerinə yetirib...

Ukraynaya 50 milyard avro dəyərində iqtisadi yardım proqramı...

Avropa İttifaqı Ukraynaya 50 milyard avro dəyərində dörd illik iqtisadi və maliyyə dəstəyi proqramı çərçivəsində ilk müntəzəm ödənişə icazə verib. Kiyev dövlət idarəçiliyini təmin etmək və makromaliyyə sabitliyini gücləndirmək üçün 4,2 milyard avro alacaq.

Avropa Şurasının qərarında deyilir ki, vəsait almaq üçün Ukrayna dövlət maliyyəsi və müəssisələrin idarə edilməsi, biznes mühiti, enerji və minalardan mühafizə, o cümlədən islahatlar kimi sahələrdə lazımi şərtləri yerinə yetirib.

SİA-nın əldə etdiyi məlumata görə, müharibədən əziyyət çəkən ölkəyə kömək etmək və iqtisadiyyatını bərpa etmək üçün Avropa İttifaqı mart ayında Ukrayna Fondunu yaradıb. Artıq ondan körpü və əvvəlcədən maliyyələşdirmə şəklində 8 milyard avroya yaxın vəsait əldə edib.

2024-2027-ci illər üçün nəzərdə tutulmuş 50 milyard avroluq yardım proqramının 32 milyard avrosu islahatların (o cümlədən dövlət maliyyəsi və korrupsiya ilə mübarizə sahəsində) və investisiyaların dəstəklənməsi üçün nəzərdə tutulub, onların ayrılması müəyyən göstəricilərə nail olmaq şərti ilə həyata keçirilir. Əgər təklif olunan bütün islahatlar və investisiyalar tam şəkildə həyata keçirilərsə, Ukraynanın ÜDM-i 2027-ci ilə qədər əlavə olaraq 6,2 faiz, 2040-cı ilə qədər isə 14,2 faiz arta bilər, dövlət borcu isə 2033-cü ilə qədər ÜDM-in təxminən 10 faiz bəndi azala bilər.

Bunu Avropa Şurası qeyd edir.

Əli Babayev

Digər xəbərlər