Həftələr ərzində yağan yağışlar Şimali Koreyada güclü daşqınlara səbəb olub. Ölkənin Çinlə sərhəd yaxınlığında yerləşən bir sıra rayonunu su basıb. SİA xəbər verir ki, KXDR-nin lideri Kim Çen In həmin rayonlarda olub.
Cənubi Koreyanın qiymətləndirmələrinə görə, 1500-dən çox insan həlak olub və itkin düşüb.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına əsasən, 4 mindən çox ev təsərrüfatına, o cümlədən Sinıcu sərhəd şəhəri boyunca təxminən 3 min hektar əkin sahəsinə ziyan dəyib.
Şimali Koreya böyük miqdarda meşələrini qırır və buna görə də daşqınlara xüsusilə həssasdır. Fəlakətin tam miqyası məlum deyil. Şimali Koreya dəymiş ziyanın həcmi barədə dəqiq məlumat verməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...