Dünya

  • 1 320

Tunis və Əlcəzair dəmir yolu xətti 30 ildən sonra bərpa olundu

image

Tunis və Əlcəzair arasında dəmir yolu nəqliyyatı təxminən 30 ildən sonra yenidən başladı.

SİA-nın əldə etdiyi məlumata görə, Tunis Nəqliyyat Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib: "Güclü tarixi əlaqələri olan iki ölkə arasında dəmir yolu nəqliyyatı ikitərəfli əlaqələrin daha səmimi şəkildə inkişafına dəstək olacaq. Əlcəzairin Tunis sərhədində yerləşən Annaba şəhərindən yola düşən qatar ilk səfərini tamamlayaraq paytaxt Tunisə çatıb.

Dəmir yolu xəttinin möhkəmliyi və xidmətin davamlılığını təmin etmək üçün Əlcəzair səlahiyyətliləri ilə koordinasiyalı şəkildə çalışdıq. Bu xətt ilə iki ölkə arasında xüsusilə sərhəd şəhərlərində turizm və ticarət canlanacaq.

Yaxın gələcəkdə sərnişin daşımalarının həyata keçiriləcəyi dəmir yolu xəttində yük qatarlarının xidmət göstərməsi üçün işlər davam etdirilir".

Xatırladaq ki, Tunis və Əlcəzair arasındakı dəmir yolu xətti təhlükəsizlik səbəbiylə 1995-ci ildə fəaliyyətini dayandırmışdı. 2003-cü ildə qısa müddətə istifadəyə verilən xətt texniki nasazlıqlar səbəbindən fəaliyyətini dayandırmışdı.

Digər xəbərlər