Dünya

  • 1 386

“Rusiya tərəfdaşları ilə bölünməz təhlükəsizlik sistemi yaratmağa hazırdır”

image

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi öz tərəfdaşları ilə bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmağa və çoxqütblü dünya nizamı qurmağa hazırdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Rusiyanın Kubinka şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Armiya-2024" Beynəlxalq Hərbi Texniki Forum işə başlayıb. Forum çərçivəsində hərbi-texniki avadanlıqların nümayiş olunduğu yarmarkanın açılışı olub. Sərgidə Rusiyanın hərbi sənayesi sahəsində fəaliyyət göstərən yüzlərlə şirkət və Belarus, İran, Hindistan və Çindən 120-yə yaxın xarici şirkət iştirak edir.

Rusiya prezidenti V.Putin forumun açılış mərasiminə videomüraciət göndərərək tədbirin əhəmiyyətinə toxunaraq deyib: "Armiya-2024" Beynəlxalq Hərbi Texniki Forumu müxtəlif ölkələrin ekspertlərinin və media qurumlarının diqqətini cəlb edir. Biz bu maraq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Əlaqələri inkişaf etdirməyə, bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmağa, yeni ədalətli çoxqütblü dünya nizamının qurulması istiqamətində birgə işləməyə hazırıq.

Səgidə Rusiyanın qabaqcıl hərbi-texniki avadanlıqları sərgilənir. Dünyada bənzəri olmayan bir çox Rusiya silahı döyüş meydanında özünü mükəmməl şəkildə göstərib. Əsas xüsusiyyətləri daim təkmilləşdirilir. Mühəndislər, alimlər və işçi qrupları xüsusi hərbi əməliyyatlar zamanı əldə edilmiş təcrübələr əsasında fəaliyyətlərini davam etdirirlər.

Rusiyanın müdafiə naziri Andrey Belousov açılış nitqində forumun Ukraynada xüsusi hərbi əməliyyat zamanı təşkil edildiyinə diqqət çəkərək söyləyib: "Forum müdafiə sənayesi sahəsində mühüm addımların atılmasına, bu sahənin inkişafı və ölkələr arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq".

Qeyd edək ki, 2015-ci ildən keçirilən "Armiya" Beynəlxalq Hərbi Texniki Forumu bu il avqustun 14-də başa çatacaq.

Digər xəbərlər