Dünya

  • 1 392

50-dən çox sürücülük məktəbinin rəhbəri korrupsiyaya görə saxlanılıb

image

Sankt-Peterburqda hüquq-mühafizə orqanları 50-dən çox sürücülük məktəbinin nümayəndələrini korrupsiya şübhəsi ilə saxlayıb. SİA bu barədə rus saytlarına istinad edir.

Bildirilir ki, Sankt-Peterburqda 50-dən çox sürücülük məktəbinin nümayəndələri şagirdlərin sürücülük vəsiqəsi almaq üçün imtahan vermələri üçün Dövlət Yol Müfəttişliyinin qeydiyyat şöbəsinin əməkdaşlarına pul köçürüblər.

Hazırda təhlükəsizlik qüvvələri sürücülük vəsiqəsi imtahanından keçməyə köməklik göstərə biləcək məmurları saxlayıb.

Əməliyyat bölmələrinin əməkdaşları tərəfindən toplanmış materiallar Rusiya Federasiyasının İstintaq Komitəsinə təhvil verilib. Hazırda cinayətdə əli ola biləcək digər şəxslər axtarılır. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Əli Babayev

Digər xəbərlər