PDF Oxu

Dünya

  • 3 955

ÜST-dən AÇIQLAMA: Sudanda vəba səbəbindən 300-dən çox insan ölüb

ÜST-dən AÇIQLAMA: Sudanda vəba səbəbindən 300-dən çox insan ölüb

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub. "Reuters" agentliyinin məlumatında deyilir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

Mətləb Salahov

Digər xəbərlər