PDF Oxu

Dünya

  • 9 115

Kamala Harris prezident olarsa...

Kamala Harris prezident olarsa...

Aİ-ABŞ münasibətləri necə görünə bilər?

ABŞ Demokratik Partiyası bu həftə Çikaqoda keçirilən qurultayında açıqlanan manifestdə "Ukraynanın yanında olacağına" və "NATO-nu gücləndirəcəyinə" söz verib, lakin Kamala Harrisə artan həvəs Avropanın rahat nəfəs alacağı anlamına gəlmir.

"Demokratlar revanşist Rusiyaya qarşı çıxmaq üçün avropalı tərəfdaşlarımıza qoşulacaqlar. Biz Moskvanın demokratiyalarımıza müdaxilə etməsinə və qətiyyətimizi məhv etməsinə icazə verməyəcəyik", - sənəddə 89-cu səhifədə də olsa deyilir.

ABŞ-ın seçki kampaniyasını uzaqdan izləyən Avropa rəsmiləri üçün bu, qulağa musiqidir. Rəsmilər Kamala Harrisə açıq şəkildə dəstək verməsələr də, heç kimə sirr deyil ki, Macarıstanın baş naziri istisna olmaqla, Aİ hökumətlərinin əksəriyyəti Trampın prezident olmasını istəmir. Donald Tramp Aİ əleyhinə idi və Brexit tərəfdarı idi.

Xaricdəki Demokratlar Təşkilatının sözçüsü Robin de Wouters Euronews-a bildirib ki, Co Baydenin yarışdan gec çıxması onu təəccübləndirsə də, Harris və Minnesota qubernatoru Tim Valzın yeni tandemindən məmnundur.

Ağ Evi kimin qazanmasından asılı olmayaraq, Brüssel və Vaşinqton arasında anlaşılmazlıqlar aradan qalxmayacaq və xarici siyasət yarışın gedişatını müəyyən etməkdənsə, ABŞ-ın daxili siyasətində nadir hallarda üzə çıxır.

Harris və Tramp sentyabrın 10-da keçiriləcək debatda üz-üzə gələcəklər.

Digər xəbərlər