PDF Oxu

Dünya

  • 2 951

"Sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda.." - Rusiyadan AÇIQLAMA

"Sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda.." - Rusiyadan AÇIQLAMA

"Rusiya və Azərbaycan prezidentləri Rusiya dövlətinin başçısı Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Bakı ilə İrəvan arasında barışıq mövzusunu ətraflı müzakirə ediblər." Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Diplomat vurğulayıb ki, prezidentlər birgə mətbuat konfransı zamanı da bu məsələnin üzərində xüsusi dayanıblar.

"Bizim bütün səylərimiz həm Bakı, həm də İrəvanla xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrə və regionda güclü təhlükəsizlik sistemi qurmaq üçün birgə səyə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Biz mütəmadi olaraq Bakı və İrəvanı vəziyyətin pisləşməsinə səbəb olan istənilən hərəkətlərdən çəkindirməyə çağırırıq. Bütün mübahisəli məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yol ilə həll edilməlidir", - deyə Zaxarova əlavə edib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunması üçün ən mühüm şərtdir.

Mətləb

Digər xəbərlər