Beynəlxalq Olimpiya Komitəsi Paris Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısı Yaylagül Ramazanova ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda qeyd edilib:
"Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova "Paris-2024"də limitləri yenidən müəyyənləşdirdi".
Qeyd edək ki, ana olmağa hazırlaşan idmançımızın Olipmpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri onun bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...