Fransanın dənizkənarı La Grande-Motte kurortunda sinaqoqun qarşısında partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin hadisəni "yanğın törətməyə cəhd" elan edib. İki avtomobilin alovlandığı hadisə yerinə gələn səlahiyyətlilər, avtomobillərdən birində qaz balonu tapıldığını bildiriblər.
Xəbərə görə, sinaqoqun iki qapısı yandırılıb, ancaq maşınlar partladığı üçün qapıların yandırılıb bildirilməyib.
Fransanın daxili işlər naziri Gerald Darmanin sosial media hesabında hadisə ilə bağlı açıqlama verib: "Bu səhər La Grande Motte sinaqoqunda "açıq-aşkar cinayətkar" yandırma cəhdi edilib".
Darmanin "Yəhudi vətəndaşlarımızı və icmamızı tam dəstəklədiyimi və prezident Emmanuel Makronun tələbi ilə cinayətkarın tapılması üçün bütün vasitələrin səfərbər edildiyini bildirmək istərdim" deyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...