2024-cü ilin ilk 7 ayında Türkiyəyə gələn turistlərin ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,27% artaraq 28 milyon 978 min 471 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda qeyd edilir.
Hesabatda qeyd edilir ki, 2024-cü ilin yanvar-iyun aylarında 4 milyon 492 min 105 nəfər xaricdə yaşayan türklər,33 milyon 470 min 576 nəfər isə əcnəbi turistlər Türkiyəyə səfər edib.
İlin ilk 7 ayında Türkiyəyə ən çox səfər edən ölkələr siyahısında 3 milyon 611 min 218 turist ilə Rusiya Federasiyası birinci, Almaniya 3 milyon 502 min 628 turist ilə ikinci, İngiltərə üçüncü olub. 2 milyon 434 min 333 turist ilə İran və Bolqarıstan dördüncü və beşinci yerləri bölüşdürüblər.
İyul ayında Türkiyəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,60% artaraq 7 milyon 333 min 812 nəfərə çatıb. İyul ayında ən çox turist göndərən ölkələr siyahısında Almaniya 1 milyon 35 min 466 turist ilə birinci, ikinci və üçüncü yerdə isə Rusiya Federasiyası və İngiltərə qərarlaşıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...