...Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında yazır ki, Rusiya hərbçiləri 24 saat ərzində Kursk vilayətində düşmən hücum qruplarının çoxsaylı hücumlarını dəf edib.
SİA nazirliyin yazdığına istinadən bildirir ki, Şimal qoşun qrupunun bölmələri Borki, Spalnoe, Çerkasskoye Poreçnoye və Malaya Loknya yaşayış məntəqələri istiqamətində ukraynalıların hücum qruplarının hücumlarını dəf edib. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Komarovka və Kremyanoye yaşayış məntəqələri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə hücum cəhdlərinin qarşısını alıb.
Düşmən 60-dan çox əsgərini, bir tankını və 7 zirehli döyüş maşını itirib.
...Rusiya ərazisinin dərinliklərinə nüfuz etməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə kəşfiyyat və axtarış əməliyyatları davam edir.
SİA bir daha xatırladır ki, bu Rusiya Müdafiə Nazirliyinin təqribən 20 dəqiqə əvvəl yaydığı məlumatdır.
...Gün ərzində düşmən 360-a yaxın muzdlu, əsgər və zabitini, 29 zirehli texnikasını, "Bukovel-AD" elektron döyüş stansiyasını itirib. Ümumilikdə, avqustun 6-dan 24-dək olan müddətdə Ukrayna Silahlı Qüvvələrinin itkiləri 5,5 mindən çox hərbi qulluqçu, 71 tank, 30 piyada döyüş maşını, 57 zirehli personal daşıyıcısı, 372 zirehli döyüş maşını təşkil edib.
...Qeyd etdiyimiz kimi, bu da Rusiya Müdafiə Nazirliyinin ən son bəyanatında deyilir.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...