PDF Oxu

Dünya

  • 2 549

Rusiyanın Çinlə ticarəti xilas etmək üçün son fürsəti bağlanır..?

Moskvanın payı Çin qanunvericiliyi ilə məğlub oldu

Rusiyanın Çinlə ticarəti xilas etmək üçün son fürsəti bağlanır..?

...ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxan Çin banklarının Rusiya Federasiyasında və bu ölkədən kənarda aparılan əməliyyatların yoxlanışını sərtləşdirməsindən, nəticədə uğursuzluq nisbətinin 80 faizə çatmasından sonra Kreml çarəsiz şəkildə Çinlə hesablaşmalarda problemin həllini tapmağa çalışır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dialog.ua yazır.

Deyilənlərə görə, bu vəziyyətdə Kreml transsərhəd ödənişlərdə kriptovalyutalara etibar etmək qərarına gəlib.

Belə ki, bu yaxınlarda Rusiya mətbuatı xarici iqtisadi fəaliyyətə dəstək üçün Moskva və Sankt-Peterburqda kriptovalyuta birjalarının açıla biləcəyini yazıb.

Bununla belə, virtual aktivlərlə bağlı Çin qanunvericiliyinin sərtləşdirilməsini nəzərə alsaq, kriptovalyutaların Moskvaya Çinlə hesablaşmalar qurmasına kömək etmək ehtimalı azdır. Xatırladaq ki, Orta Krallıqda kriptovalyuta 2021-ci ildən bəri prinsipcə qadağan edilib, hətta Çin vətəndaşlarına xarici platformalarda kriptovalyuta əməliyyatları etmək də yasaqlanıb.

İndi Çində "Çirkli pulların yuyulmasına qarşı mübarizə" qanununa yeni aydınlıqlar gəlib və bu qanunda avqustun 20-dən virtual aktivlərlə əməliyyatların çirkli pulların yuyulmasının aşkar üsullarından biri hesab edildiyi bildirilir.

...Bundan sonra Çin hüquq-mühafizə orqanları ofşor mərhələlərdə kriptovalyutanın iştirak etdiyi ölkəyə agent ödənişlərini potensial çirkli pulların yuyulması hesab edə bilər, bu isə o deməkdir ki, Orta Krallıqda virtual aktivlərlə məşğul olmaq istəyənlərin sayı azalacaq.

Çünki Çində çirkli pulların yuyulmasına görə cəza ağırdır: pis niyyətli qanun pozucuları 5 ildən 10 ilə qədər müddətə dəmir barmaqlıqlar arxasında qala bilərlər.

Əli Babayev

Digər xəbərlər