Livana qarşı başladılan əks hücumdan və "Hizbullah"ın komandirlərindən Fuad Şükürə sui-qəsddən sonra İsraildə fövqəladə vəziyyət elan edilib. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant açıqlamasında daxil cəbhədəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edildiyini deyib. Fövqəladə vəziyyətin 48 saat qüvvədə olacağı bildirilib.
"Hizbullah"la son toqquşmalara görə İsrailin şimal bölgələri ilə yanaşı, Təl-Əvivdə də bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, açıq yerlərdə 30, qapalı yerlərdə isə 300-dən çox adamın toplaşmasına qadağa qoyulub. Həmçinin Livan sərhədinə yaxın çimərliklərin fəaliyyəti dayandırılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...