Amerikalı iş adamı İlon Mask "Telegram"ın qurucusu Pavel Durovun azadlığa buraxılması üçün çağırış edib. SİA xəbər verir ki, o, "X" səhifəsində Durovun amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin bir fraqmentini dərc edib.
Milyarder paylaşıma "#FreePavel" heşteqini əlavə edib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-ü, saat 20:00 radələrində "Le Burje" hava limanında saxlanılıb. O, Fransaya Azərbaycandan şəxsi təyyarə ilə gedib.
"TF1" telekanalının məlumatına görə, "Telegram" messencerinin təsisçisini 20 il həbs cəzası gözləyir. O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...