PDF Oxu

Dünya

  • 2 152

Zelenski Ukrayna Sülh Sammiti ilə bağlı açıqlamalar verdi

Zelenski Ukrayna Sülh Sammiti ilə bağlı açıqlamalar verdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikinci Ukrayna Sülh Sammitinin "Qlobal Cənub" ölkələrində keçirilməsinin daha məqsədəuyğun olduğunu və bununla bağlı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərlə əlaqə saxladıqlarını bildirib.

SİA xəbər verir ki, "Ukrinform" agentliyinin məlumatına görə, Volodimir Zelenski Hindistanın baş naziri Narendra Modinin Kiyevə səfərindən sonra hindistanlı jurnalistlərə açıqlamalar verdi.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikinci Ukrayna Sülh Sammitinin "Qlobal Cənub" ölkələrində keçirilməsinin daha məqsədəuyğun olduğuna işarə edən Volodimir Zelenski deyib: "Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə ilə sammitlə əlaqədar danışıqlar aparırıq''.

Hindistanın da sammitə ev sahibliyi edə biləcəyini bildirən Volodimir Zelenski deyib: "Ancaq açıq şəkildə bildirmək istərdim ki, bu vəziyyət təkcə Hindistana deyil, ikinci sammitə müsbət yanaşan hər kəsə aiddir''.

Xatırladaq ki, iyunun 16-da İsveçrənin ev sahibliyində keçirilən Ukrayna Sülh Sammitinə Rusiya dəvət edilməyib. 90-dan çox ölkə və təşkilatın iştirakı ilə keçirilən sammit Bürgenstok bəyannaməsinin qəbulu ilə başa çatıb.

Bəyannamə 80 ölkə və 4 təşkilat tərəfindən təsdiqlənib. İndoneziya, Liviya, Səudiyyə Ərəbistanı, Tailand, Hindistan, Meksika, Cənubi Afrika, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 16 ölkə və təşkilat bitərəf qalıb.