PDF Oxu

Dünya

  • 2 238

Reuters Durovun nədə ittiham olunduğunu öyrənib

Reuters Durovun nədə ittiham olunduğunu öyrənib

...Fransa hakimiyyəti Telegram-ın təsisçisi Pavel Durovu messencerin moderasiyanın olmaması və polislə əməkdaşlıqdan imtina etməsi səbəbindən cinayətlərə "töhfə verməsi" ilə bağlı ilkin araşdırma çərçivəsində saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters agentliyinə Fransa hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Agentliyin mənbəsi bildirib ki, araşdırma jandarm idarəsinin kibertəhlükəsizlik şöbəsi və polisin dələduzluqla mübarizə şöbəsi tərəfindən aparılır.

Yetkinlik yaşına çatmayanlar İdarəsinin (OFMIN, Milli Polisin yurisdiksiyasında) katibi Jan-Mişel Berniqo LinkedIn sosial şəbəkəsində yazıb ki, işin səbəbi platforma tərəfindən moderasiya və əməkdaşlığın olmamasıdır.

Amma Durovun həbsindən sonra Telegram komandası bildirdi ki, messencer bütün Avropa İttifaqı qanunlarına uyğundur, moderasiya daim təkmilləşdirilir və platformanın və ya onun sahibinin ondakı sui-istifadələrə görə məsuliyyət daşıdığını iddia etmək absurddur.

Əli Babayev

Digər xəbərlər