PDF Oxu

Dünya

  • 2 523

Türkiyə XİN Banqladeşdə baş verən daşqınlarla bağlı bəyanat yaydı

Türkiyə XİN Banqladeşdə baş verən daşqınlarla bağlı bəyanat yaydı

Türkiyə Banqladeşdə baş verən daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Banqladeşdə baş verən son daşqınların ciddi fəsadlara səbəb olduğu bildirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bəyanatda bu ifadələrə yer verilib: "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, dost və qardaş Banqladeş xalqına başsağlığı veririk".

Qeyd edək ki, 4,5 milyon insana mənfi təsir göstərən daşqınlar nəticəsində onlarla insan həyatını itirib.

Digər xəbərlər