PDF Oxu

Dünya

  • 2 226

Pavel Durov həbsdən azad olundu

Pavel Durov həbsdən azad olundu

Fransada həbs edilən Telegram-ın qurucusu Pavel Durov ölkə vətəndaşlığını qəbul etməzdən əvvəl respublika prezidenti Emmanuel Makronla bir neçə dəfə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "İzvestiya" Fransa mətbuatına istinadən bildirib.

Durov 2018-ci ildə Fransa vətəndaşlığı istəyib, lakin onu yalnız 2021-ci ildə alıb. Üstəlik, bundan əvvəl o, bir neçə dəfə Makronla gizli görüşüb. Respublika prezidentinə yaxın adamların dediyinə görə, belə görüşlər "bir-iki" olub.

Qeyd olunur ki, Durov Fransa vətəndaşlığını "görkəmli əcnəbilər"in verilməsi proseduru ilə alıb ki, bu da ölkə pasportunun "dövlətin təsirinin artmasına töhfə verən" şəxslərə verilməsinə imkan verir.

Texniki baxımdan bu prosedur Xarici İşlər Nazirliyi tərəfindən işə salınsa da, praktikada bunu yüksək vəzifəli məmurlar - nazirlər və prezident tələb edir.

Vətəndaşlıq verilməsinin bu üsulu çox nadirdir. Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Durov prosedurda nəzərdə tutulan bütün şərtləri yerinə yetirməyib. Xüsusilə departament qeyd edir ki, Telegram-ın təsisçisi fransız dilini bildiyini təsdiqləyib, lakin o, həm də dünyada "ölkənin təsirini" artırmağa kömək etdiyini sübut etməli olub.

P.S: İstintaq hakimi Teleqramın təsisçisi Pavel Durovun ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədi ilə onun polisdə saxlanmasına xitam verib.

Əli Babayev

Digər xəbərlər