Dünya

  • 1 192

“The Hill”: “Rusiya Kursk bölgəsinə nəzarəti bərpa edə bilməyəcək...”

image

...Ukraynanın Rusiyaya təcavüzü müharibənin dinamikasını dəyişdi və Kremlin zəif tərəflərini daha da üzə çıxardı. Kursk vilayətində əməliyyat başlayandan bəri Ukrayna qoşunları artıq Rusiyanın 100 yaşayış məntəqəsinə nəzarət edir və yüzlərlə rus hərbçisini əsir götürüb.

Üstəlik, Ukraynanın uğurları Rusiya hərbçiləri arasında mənəvi əhval-ruhiyyəni də sarsıdıb və bu, şübhəsiz ki, Rusiya sərhədlərini müdafiəsiz qoyan müharibənin məqsədini şübhə altına alır.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, "The Hill" xəbər verir ki, bunu Reuters xəbər agentliyinin Rusiya üzrə keçmiş müxbiri Alfred Kuper deyib.

...Müxbirin sözlərinə görə, Rusiyaya sərhəd ərazilərinə nəzarəti bərpa etmək üçün daha çox qoşun lazımdır, lakin bunun üçün ya Ukraynadakı mövqelərini tərk etməli, ya da gənc çağırışçıları xidmətə çağırmalı olacaq.

Problem ondadır ki, keçən ilki məktəbi bitirənlərin müharibəyə göndərilməsi siyasi baxımdan çətindir, çünki Putin əvvəllər onları Ukraynadakı döyüşlərə cəlb etməyəcəyinə söz vermişdi.

...Kreml rəhbərliyinə bir şey aydındır: mürəkkəblik və təlatümlər dövrü başlayıb.

Bunu da Kuper əlavə edib.

...Daha əvvəl "The Washington Post" qeyd etmişdi ki, Putin Ukraynanın Kursk bölgəsindəki əməliyyatına tez cavab vermək iqtidarında deyil. Putinin səlahiyyəti sorğulananda onun cavabı çox vaxt ləng və tərəddüdlü olur.

Əli Babayev

Digər xəbərlər