...Milyarder və Telegram-ın qurucusu Pavel Durovun istintaq zamanı bütün pasportları müsadirə edilib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə sahibkarın vəkili Devid Libeskind məlumat verib.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.
Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.
Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan "adı açıqlanmayan şəxs"lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...