Dünya

  • 1 112

Avropa İttifaqının Ukraynaya hərbi yardımının həcmi açıqlanıb

image

Avropa İttifaqı ölkələri artıq Ukraynaya 43,5 milyard avro dəyərində hərbi yardım edib. SİA xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bunu ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.

"Ukraynaya yalnız hərbi yardımımız 43,5 milyard avro təşkil edir", - deyə o bildirib.

Borrel bir daha qeyd edib ki, Brüssel artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, indiyədək 1,4 milyard avro gəlir köçürülüb.

Ukraynada müharibə başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının təxminən yarısını dondurub. Bu vəsaitin 200 milyard avrodan çoxu Aİ ölkələrindədir.

Digər xəbərlər