Dünya

  • 1 140

Torpaq sürüşməsi nəticəsində Pakistanda 1 ailənin 12 üzvü həlak olub (COPY 2024.08.30 23:13)

image

Pakistanın Hayber Paxtunxva əyalətindəki torpaq sürüşməsi nəticəsində 1 ailənin 12 üzvü həlak olub. Polis və xilasedici dəstələr cəsədləri çıxarıblar. SİA xəbər verir ki, polis və xilasedici dəstələrin verdiyi məlumata görə, torpaq sürüşməsi şiddətli yağışlar nəticəsində gecə vaxtı baş verib.

Dəhşətli hadisədən az müddət sonra xilasedici dəstələr artıq hadisə yerində olublar. Lakin güclü yağışın davam etməsi səbəbindən onların işləri ləngiyib.

Siklonun Pakistanın digər bölgələrinə, xüsusilə dənizkənarı ərazilərinə yayılacağı gözlənilir. Pakistanın ən çox əhalisi olan Kəraçi əyalətində də şiddətli yağışlar gözlənilir.

Digər xəbərlər