Moskvanın Xamovniçeski Məhkəməsi oktyabrın 27-dək Leninqrad Hərbi Dairəsinin əsaslı tikinti sifarişçisi şöbəsinin üç əməkdaşını - Mixail Qolovkov, Dmitri Syurtukov və Sergey Qorskini həbs edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Kommersant" yazır.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Sankt-Peterburqda Kirov adına Hərbi Tibb Akademiyasının klinikası üçün obyektlərin tikintisi zamanı dövlət müdafiə sifarişini yerinə yetirərkən vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Nəşr Qolovkov, Syurtukov və Qorskinin 12 milyon rubl məbləğində rüşvət almasına aydınlıq gətirir. Həbs edilənlər günahlarını etiraf etmirlər. Eyni zamanda təqsirləndirilən şəxslərdən biri pulun alınmasını borc götürməsi ilə izah edib.
İş dövlət müdafiə tapşırıqlarının icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə başlanıb. Onları müvafiq olaraq 10 və 6 ilə qədər həbs gözləyir.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...