...Qəzza zolağında 640 min uşağın poliomielit xəstəliyinə qarşı peyvənd edilməsi kampaniyası başlayıb. SİA bu barədə rus saytlarına istinad edir.
Təbii ki, Qəzzanın yollarının böyük ölçüdə dağıdılması, xəstəxanalara ciddi ziyan dəyməsi və əhalinin təcrid olunmuş ərazilərə səpələnməsi ilə peyvənd səyləri asan olmayacaq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kampaniya on yaşa qədər 640 min uşağa şamil edilir.
Artıq Qəzza zolağına 1,3 milyon dozaya yaxın vaksinin gəldiyi bildirilir. Yaxın gələcəkdə 400 min dozadan ibarət daha bir partiyanın gəlməsi gözlənilir.
Bundan əvvəl məlum olub ki, BMT Qəzza zolağında poliomielit xəstəliyinə qarşı peyvəndin aparılacağı 11 tibb mərkəzini fəaliyyət göstərməyə hazırlayır.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...