PDF Oxu

Dünya

  • 1 855

Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub

Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub

"Bavariya" klubunun yarımmüdafiəçisi Yozua Kimmix Almaniya millisinin yeni kapitanı təyin olunub. SİA xəbər verir ki, 29 yaşlı futbolçu kapitan sarğısını avqustda yığmadan ayrılacağını açıqlayan İlkay Gündoğandan alıb.

Vitse-kapitanlar isə "Real Madrid"in (İspaniya) müdafiəçisi Antonio Rudiger və "Arsenal"ın (İngiltərə) yarımmüdafiəçisi Kai Havertz olacaq.

2016-cı ildən Bundestimin formasını geyinən Y.Kimmix 91 oyunda iştirak edib.

Xatırladaq ki, Almaniya UEFA Millətlər Liqası çərçivəsində növbəti matçını sentyabrın 7-də Macarıstana qarşı keçirəcək.

Digər xəbərlər